08.11.2026 tarixli redaksiya · Bakıda beta-test. Qısaca: maliyyə modelin brauzerində qalır. Bazamıza yalnız özün göndərdiyin (email, real rəqəmlərlə tutuşdurma) və anonim ziyarət statistikası düşür.
| Nə | Nə vaxt | Nə üçün | Nə qədər saxlayırıq |
|---|---|---|---|
| Maliyyə modelin — bütün daxil etdiklərin və hesablamalar | Həmişə | Səhifəni yeniləyəndə hesablama itməsin | Yalnız brauzerində (localStorage). Serverə getmir. «Paylaş» linki modeli linkin özündə saxlayır. |
| Email + seçdiyin tarif, sahə, rayon, dil | Yalnız emailini özün yazıb razılıq qutusunu işarələsən | Tam versiya çıxanda xəbər vermək | Açılışa qədər və ya silməyi xahiş edənə qədər, ən çox 12 ay |
| Real rəqəmlərlə tutuşdurma — biznesin real rəqəmləri (gəlir, mənfəət, icarə, əmək haqqı, alış və s.), sahə, rayon, sahə ölçüsü, neçə aydır işləyir, modelin proqnozu | Yalnız «Modellə tutuşdur və anonim göndər» düyməsini bassan | Proqnozun dəqiqliyini yoxlamaq və yaxşılaşdırmaq | Ad, email və ünvan olmadan. Beta təhlili bitənə qədər, ən çox 12 ay; sonra silinir və ya yalnız sahələr üzrə orta göstəricilər qalır |
| Ziyarət statistikası — hansı addımlar keçilib (açdı, hesabladı, tutuşdurdu, email yazdı), dil, sahə, haradan gəlib (mənbə sayt və ya link işarəsi), telefon və ya kompüter, brauzerin təsadüfi nömrəsi | Saytdan istifadə zamanı | İnsanların hesablamanı harada yarımçıq qoyduğunu görmək | Ən çox 12 ay |
IP ünvanını saxlamırıq. Saxta yazılardan qorunmaq üçün onun əvəzinə gizli duzla qısa xeş saxlanılır: ondan ünvanı bərpa etmək olmur, amma çoxlu yazının bir cihazdan gəldiyi görünür.
Məlumatları satmırıq, reklam üçün ötürmürük və emaili tutuşdurma ilə və ya maliyyə modeli ilə əlaqələndirmirik.
Məlumatlar Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa uyğun emal olunur. Qaydalar dəyişsə, bu səhifəni və redaksiya tarixini yeniləyəcəyik.